...

Türkiyə-Azərbaycan münasibətlərinə heç kim ziyan vura bilməz – Azərbaycan Parlamentinin vitse-spikeri

Siyasət Materials 17 May 2010 17:31 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir, heç kim bu münasibətləri poza və ya onlara ziyan vura bilməz.
Türkiyə-Azərbaycan münasibətlərinə heç kim ziyan vura bilməz – Azərbaycan Parlamentinin vitse-spikeri

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir, heç kim bu münasibətləri poza və ya onlara ziyan vura bilməz. Bu barədə Alma-Atada ATƏT-in iclasında iştirak edən Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova Türkiyənin Cihan agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyə ilə Azərbaycan arasında baş vermiş xırda anlaşılmazlıqlara baxmayaraq, ölkələr arasında münasibətlər yüksək səviyyədədir.

Muradovanın sözlərinə görə, regionda əsas problem təkcə Azərbaycana deyil, həm də Türkiyəyə ərazi iddiaları irəli sürən Ermənistanın özündədir.

"Ermənistan Türkiyəni çətin vəziyyətdə qoymaq üçün istənilən yolla "erməni soyqırımı" məsələsini qaldırır", - vitse-spiker bildirib.

Muradovanın fikrincə, Ermənistanla problemi həll etmək üçün Türkiyə Azərbaycan ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir.

O, həmçinin bildirib ki, güclü dövlət kimi Türkiyəyə inanır və Türkiyə ilə Azərbaycan arasında qardaş münasibətlərinin qorunub saxlanmasını istəyir.

Xəbər lenti

Xəbər lenti