...

Azərbaycan Parlamentinin deputatı AŞ PA-nın Daimi komitəsinin iclasında iştirak edəcək

Siyasət Materials 17 May 2010 21:47 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 19-da Makedoniyanın Skopye şəhərinə yola düşəcək. Bu barədə bazaar ertəsi Milli Məclisin rəsmi internet saytı məlumat yayıb.
Azərbaycan Parlamentinin deputatı AŞ PA-nın Daimi komitəsinin iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 19-da Makedoniyanın Skopye şəhərinə yola düşəcək. Bu barədə bazaar ertəsi Milli Məclisin rəsmi internet saytı məlumat yayıb.

Komitənin iclasının gündəliyinə siyasi partiyaların müsbət təcrübəsi, geotermal enerjinin iqlim dəyişikliyində rolu, iqtisadi böhranın mülki aviasiya sənayesinə təsiri, qadın sağlamlığının qorunması və digər məsələlər daxil edilib.

Tədbir çərçivəsində Rafael Hüseynovun qurumun Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər üzrə komitəsinə təqdim etdiyi "Səs və işıq ifratları" adlı məruzəsinin müzakirəsi nəzərdə tutulub.

Səfər mayın 22-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti