...

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Baham Adaları Xarici İşlər Nazirliyinin Baş Direktoru ilə görüş keçirib

Siyasət Materials 19 May 2010 00:20 (UTC +04:00)
Baham Adalarında işgüzar səfərdə olan Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev 18 may 2010-cu il tarixində Baham Adaları Xarici İşlər Nazirliyinin Baş Direktoru Joşua Sears ilə ikitərəfli görüş keçirmişdir.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Baham Adaları Xarici İşlər Nazirliyinin Baş Direktoru ilə görüş keçirib

Azərbaycan, Bakı, 19 may /Trend/

Baham Adalarında işgüzar səfərdə olan Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev 18 may 2010-cu il tarixində Baham Adaları Xarici İşlər Nazirliyinin Baş Direktoru Joşua Sears ilə ikitərəfli görüş keçirmişdir. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə daxil olan press-relizdə deyilir.

Görüş zamanı Baham Adaları Baş Nazirinin müavini və Xarici İşlər Naziri Teodor Brent Symonetteyə ünvanlanmış Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun məktubu təqdim olunmuş və onun ünvan sahibinə çatdırılması xahiş edilmişdir.

Mehdiyev tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın işğalçı siyasətinin davam etdirilməsi, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı məlumat həmsöhbətin diqqətinə çatdırılmışdır.  

Görüşdə həmçinin ikitərəfli münasibətlərin genişləndirilməsi yolları, ölkələrimizin maraq göstərdiyi müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və iki ölkə arasında münasibətlərin müqavilə hüquq bazasının təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Tərəflər həmçinin müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmləndirilməsi imkanları ətrafında müzakirələr aparmışlar.

Xəbər lenti

Xəbər lenti