...

Azərbaycanın ədliyyə orqanlarında vakant ştat vəzifələrinə test imtahanları keçirilib

Siyasət Materials 22 May 2010 11:13 (UTC +04:00)
Azərbaycanın ədliyyə orqanlarında vakant ştat vəzifələrə qəbul imtahanılarının şənbə günü test mərhələsi keçirilib.
Azərbaycanın ədliyyə orqanlarında vakant ştat vəzifələrinə test imtahanları keçirilib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M. Əliyev/

Azərbaycanın ədliyyə orqanlarında vakant ştat vəzifələrə qəbul imtahanılarının şənbə günü test mərhələsi keçirilib.

"Ədliyyə orqanlarında mövcud vakant 180 ştat vahidinə işə qəbul üçün imtahanların test mərhələsində 262 nəfər iştirak edir", - bu barədə Ədliyyə Nazirliyinin kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, testin cavabları imtahan bitdikdən bir saat sonra açıqlanacaq.

Test imtahanlarında təqdim olunan 100-dən maksimum 90 bal toplamaq mümkündür; 55 və daha artıq bal toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaq.

Məhərrəmov bildirib ki, test və müsahibə mərhələlərini uğurla keçən namizədlər bir ay müddətində icbari təlimə cəlb olunacaq, sonra isə təkrar müsahibədən keçərək, ədliyyə orqanlarında vakant ştatlara təyin olunacaqlar.

Xəbər lenti

Xəbər lenti