...

Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlıların məskunlaşdıqları bölgələrdə seçkiqabağı kampaniya ilə tanış olmaq məqsədilə Gürcüstanın Mərkəzi Seçki Komissiyasına baş çəkəcək

Siyasət Materials 26 May 2010 12:53 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev mayın 26-sı Gürcüstan MSK-nın sədri Zurab Xarataşvili ilə görüşəcək, - bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Culi Giorqadze Trend-ə məlumat verib.
Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlıların məskunlaşdıqları bölgələrdə seçkiqabağı kampaniya ilə tanış olmaq məqsədilə Gürcüstanın Mərkəzi Seçki Komissiyasına baş çəkəcək

Gürcüstan, Tbilisi, 26 may /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev mayın 26-sı Gürcüstan MSK-nın sədri Zurab Xarataşvili ilə görüşəcək, - bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Culi Giorqadze Trend-ə məlumat verib.

Görüş Gürcüstan azərbaycanlılarının mayın 30-da keçiriləcək yerli seçkilərlə əlaqədar məlumatlandırılması səviyyəsi ilə maraqlanan səfirin təşəbbüsü ilə keçiriləcək.

Onun sözlərinə görə, azərbaycanlıların yaşadıqları bölgələrdə seçki bülletenləri Azərbaycan dilində çap olunur.

Bu yaxınlarda Gürcüstan televiziyaları Kvemo-Kartli əhalisinin ölkədə hansı seçkilərin keçirildiyi barədə məlumatlandırılmaması və bununla bağlı MSK-nı günahlandırmaları haqqında süjet göstərmişdi.

Xəbər lenti

Xəbər lenti