...

Nyu-Yorkda Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunub

Siyasət Materials 30 May 2010 02:25 (UTC +04:00)
Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi-Respublika Günü münasibəti ilə Nyu-Yorkda silsilə tədbirlər keçirilib. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə daxil olan press-relizdə deyilir.
Nyu-Yorkda Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunub

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir R.Daraxşan/

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi-Respublika Günü münasibəti ilə Nyu-Yorkda silsilə tədbirlər keçirilib. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə daxil olan press-relizdə deyilir.

24 may tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən Nyu Yorkda rəsmi ziyafət təşkil edilmişdir. Ziyafətdə BMT rəhbərliyinin nümayəndələri, üzv dövlətlərin BMT yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.

27 may tarixində Nyu Yorkda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri Azərbaycan Respublikasının BMT yanında Daimi nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Aqşin Mehdiyevə təbrik məktubları ünvanlamış və bayram münasibətilə Azərbaycan rəhbərliyi və xalqına xoş arzularını ifadə etmişlər. 

28 may tarixində Nyu Yorkun mərkəzi Wall Street meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimi keçirilib. Tədbir Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri tərəfindən təşkil olunub.

Mərasimdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev, Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Türkiyənin Nyu Yorkdakı Konsulunun müavini Ayşə Üzer, İsrailin Nyu Yorkdakı Baş konsulunun müavini Benjamin Krasna çıxış etmişlər. Tədbirdə Nyu York qubernatoru administrasiyasının nümayəndəsi qubernator David Patersonun təbrikini oxumuş və onun imzaladığı xüsusi Bəyannaməni təqdim etmişdir. Daha sonra Amerika və Azərbaycan dövlət himnləri səsləndirilmiş və hər iki dövlətin bayraqları ucaldılmışdır. Tədbirdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi icmalarının rəhbərliyi və üzvləri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti