...

Mixail Saakaşvili Gürcüstanda keçirilən yerli seçkilərin gedişi ilə razıdı

Siyasət Materials 30 May 2010 20:03 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili və birinci xanım Sandra Rulofsun bu gün Tiflis şəhərinin Zandukeli küçəsində yerləşən 19 saylı seçki məntəqəsinə gələrək yerli seçkilərdə səs veriblər.
Mixail Saakaşvili Gürcüstanda keçirilən yerli seçkilərin gedişi ilə razıdı

Gürcüstan, Tbilisi, 30 may / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan prezidenti Mixail Saakaşvili və birinci xanım Sandra Rulofsun bu gün Tiflis şəhərinin Zandukeli küçəsində yerləşən 19 saylı seçki məntəqəsinə gələrək yerli seçkilərdə səs veriblər.

"Bu seçkilər son iilərdə kecirdiyimiz ən ugurlu seçkidi. Mərkəzi Seçki Komissiyası yaxçı iş gorüb və mən qeyd etmək istəyirəm ki, təşviqat və seçkilər bu gün sakit şəkildə və hadisəsiz keçir. Düzdü, kiçik səhvlər mövcüddur, lakin onlar bütün ölkələrdə qeyd olunur", - Saakaşvili dedi.

O, həmçinin siyasi partiyaların "yetkinliyini" xüsusi olaraq qeyd edti.
 
"Birləşmiş Milli Hərəkatının sədri kimi, mən bizim partiyanın qələbəsinə əminəm və ölkə irəliyə hərəkət edənə kimi ENM qələbə qazanacaq. Bu seçkilər ölkəyə yeni təkan verməlidi, biznes öz inamını tapıb ölkəmizə investisiya sərf etməlidi", - Gürcüstan prezidenti bildirib.

Saakaşvili bildiribki, Gürcüstanın 2007-ci ilnən müqaisədə bu günlərdə daha yaxçı vəziyyətdədi.

"Mən belə düşünürəmki ki, bu gün biz yenə də qalib gələcəyik, həm Tiflisdə, həm də ölkənin regionlarında", - Saakaşvili dedi .

Xəbər lenti

Xəbər lenti