...

İranın Azərbaycandakı səfirliyi şeir və məqalə müsabiqəsi keçirir

Siyasət Materials 31 May 2010 17:16 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi məqalə və şeir müsabiqəsi keçirir. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər.
İranın Azərbaycandakı səfirliyi şeir və məqalə müsabiqəsi keçirir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi məqalə və şeir müsabiqəsi keçirir. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər.

Məlumatda bildirilir ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İmam Xomeyninin vəfatının ildönümü ilə əlaqədar onun fəaliyyəti və fikirləri, o cümlədən dini, siyasi, ictimai, mədəni, ədəbi və s. baxış və düşüncələri barədə məqalə və şeir müsabiqəsi keçirmək niyyətindədir.

Məqalələri iyunun 30-dək Azərbaycandakı mötəbər qəzetlərdən birində çap etdirərək bir nüsxəsini səfirliyə, şeirləri isə iyunun 15-dək səfirliyin mətbuat xidmətinə göndərmək lazımdır.

Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə xüsusi mükafatlar veriləcək və onların müqəddəs Məşhəd şəhərinə səfərinin xərcləri ödəniləcək.

Xəbər lenti

Xəbər lenti