...

Gürcüstan Prezidenti Seçki Məcəlləsinin pozulması ittihamından yayınıb

Siyasət Materials 1 İyun 2010 11:43 (UTC +04:00)
Gürcüstan MSK ölkə Prezidenti Mixail Saakaşvilinin seçki məntəqəsində səs verərkən öz partiyasının və Vahid Milli Hərəkatın namizədinin təbliği ilə çıxışında pozuntu görmür. Bu məsələ dünən seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının ilk iclasında müzakirə olunub.
Gürcüstan Prezidenti Seçki Məcəlləsinin pozulması ittihamından yayınıb

Gürcüstan, Tbilisi, 1 iyun /Trend, müxbir N. Kirsxaliya/

Gürcüstan MSK ölkə Prezidenti Mixail Saakaşvilinin seçki məntəqəsində səs verərkən öz partiyasının və Vahid Milli Hərəkatın namizədinin təbliği ilə çıxışında pozuntu görmür. Bu məsələ dünən seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının ilk iclasında müzakirə olunub.

Prezident Mixail Saakaşvili tərəfdən Seçki Məcəlləsinin pozulduğu haqda müxalifət partiyalarının nümayəndələri bəyan ediblər.

MSK sədri Zurab Xaratişvili onlara izah edib ki, Prezidentin çıxışı Məcəllənin pozulması deyil, çünki orada yalnız seçki prosesi subyektinin xeyrinə televiziya reklamı qadağan edilir. "Prezident isə partiyalardan birinin və onun namizədinin qalib gələcəyinə inamı barədə öz şəxsi fikrini ifadə edib, bu isə reklam deyil", - o belə hesab edir.

Yeri gəlmişkən, Prezident Saakaşvili səs verərkən Zanduleki küçəsində yerləşən məntəqədən birbaşa yayım zamanı öz partiyasının qalib gələcəyinə inanması ilə bağlı danışmağa başlayan kimi efir dərhal dayandırılıb.

Xəbər lenti

Xəbər lenti