...

Gürcü-osetin münaqişəsi zonasında gərginliyin aradan qaldırılması üzrə görüşlər uzun fasilədən sonra yenidən bərpa edilib

Siyasət Materials 3 İyun 2010 13:57 (UTC +04:00)
Erqnetidə regionda gərginliyin aradan qaldırılması üzrə görüş başlayıb. Görüşdə gürcü-osetin münaqişəsi zonasında vəziyyət müzakirə olunur. O, Aİ müşahidəçilərinin iştirakı ilə BMT-nin himayəsi altında keçirilir.
Gürcü-osetin münaqişəsi zonasında gərginliyin aradan qaldırılması üzrə görüşlər uzun fasilədən sonra yenidən bərpa edilib

Gürcüstan, Tbilisi, 3 iyun /Trend, müxbir N.Kirsxaliya /

Erqnetidə regionda gərginliyin aradan qaldırılması üzrə görüş başlayıb. Görüşdə gürcü-osetin münaqişəsi zonasında vəziyyət müzakirə olunur. O, Aİ müşahidəçilərinin iştirakı ilə BMT-nin himayəsi altında keçirilir.

Ənənəyə görə, gürcü tərəfinə Gürcüstan DİN-in Analitik Departamentinin rəhbəri Şota Utiaşvili rəhbərlik edir.

İclas zamanı münaqişə zonasındakı kriminogen vəziyyət, eləcə də Gürcüstan - Cənubi Osetin sərhədinin "pozucuları" ilə bağlı məsələ müzakirə ediləcək. Tərəflər hər iki tərəfdən saxlanılan vərəndaşlar və onların azad edilməsi məsələsini də gözdən keçirəcəklər.

Erqnetidəki görüşlər uzun fasilədən sonra yenidən bərpa olunub. Fasiləyə səbəb Sxinvalinin Gürcüstan həbsxanalarındakı osetin milliyyətindən olan bütün məhbusların azad edilməsini tələb edərək, orada iştirakdan imtinası idi.

Regionda gərginliyin aradan qaldırılmasından ötrü görüşlər BMT, ATƏT və Aİ-nin təşəbbüsü ilə Abxaziya və Cənubi Osetiya tərəfindən keçirilir.

Xəbər lenti

Xəbər lenti