...

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 İyun 2010 18:29 (UTC +04:00)
Cümə axşamı rəsmi qarşılanma mərasimindən sonra Azərbayc an Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (ƏLAVƏ OLUNUB)

RED. əlav.: sonuncu abzas əlavə olunub

Cümə axşamı rəsmi qarşılanma mərasimindən sonra Azərbayc  an Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Xəbər lenti

Xəbər lenti