...

Belarusun enerjidaşıyıcıları bazarı Azərbaycan üçün maraqlıdır – XİN başçısı Elmar Məmmədyarov

Siyasət Materials 4 İyun 2010 14:05 (UTC +04:00)
Belarusun enerjidaşıyıcıları bazarı Azərbaycan üçün maraqlıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Teleradio Şirkətinin birinci kanalına müsahibəsində deyib, - bu barədə "Belta" yazır.
Belarusun enerjidaşıyıcıları bazarı Azərbaycan üçün maraqlıdır – XİN başçısı Elmar Məmmədyarov

Belarusun enerjidaşıyıcıları bazarı Azərbaycan üçün maraqlıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Teleradio Şirkətinin birinci kanalına müsahibəsində deyib, - bu barədə "Belta" yazır.

"Biz (Azərbaycan) siyasətimizdə daim enerji tərəfdaşlığının tərəfdarı kimi çıxış edirik. Biz öz Bakı-Tbilisi-Ceyhan neft kəmərimizlə Aralıq dənizinə çıxanda, bu bizim enerji imkanlarımızın həyata keçirilməsində birinci mərhələ idi. Əvvəlcə biz Qara dənizə, daha sonra Aralıq dənizinə çıxdıq. İndi bu kontekstdə Baltik dənizinə çıxmaqla bağlı çoxlu maraqlı layihə var. Bunun necə həyata keçirilməsi üçün çoxlu imkan var. Təbii ki, Qara dəniz və Baltik dənizi arasındakı marşrutun ortasında yerləşən Belarus bizim üçün maraq kəsb edir. Lakin bu məsələyə, ilk növbədə, kommersiya baxımından bir daha baxılmalıdır. Kommersiya əsası traktorların, kombaynların və avtobusların yığılması sahəsində əməkdaşlıqda çox vacib idi. Enerji əsasda ikitərəfli münasibətlərdə kommersiya məsələləri də çox mühümdür", - Elmar Məmmədyarov qeyd edib.

O, BelarusAzərbaycan münasibətlərinin xarakterini qiymətləndirərkən, ölkələr arasında əlaqələrin möhkəmləndiyini qeyd edib. "Belarus və Azərbaycan arasında qarşılıqlı münasibətlər iki varlı dövlət arasında münasibətlərdir. Varlı, yəni beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi rolunun və əhəmiyyətinin anlaşılması kontekstində. Bizim prezidentlər və xarici işlər nazirləri səviyyəsində kifayət qədər intensiv əlaqələrimiz var. XİN xətti ilə biz siyasi məsləhətləşmələr aparırıq, beynəlxalq xarakterli bir çox məsələlərdə öz mövqeyimizə baxırıq. Hökumətlərarası komissiyanın intensiv işləməsi bizi sevindirir. Onun çərçivəsində bütün müvafiq idarə və nazirliklər Belarus tərəfinin burada öz tərəfdaşlarına malik olduqları kimi, öz tərəfdaşlarına malikdirlər. Son üç il ərzində ölkələrimiz arasında mal dövriyyəsi dəfələrlə artıb, biz artıq yüz milyonlarla dollardan danışırıq. Bütün bunların təkcə kommersiya deyil, həm də siyasi və humanitar sazişlərlə möhkəmləndirildiyi hüquqi baza da artırıb bərabərləşdirir. Bütün bunlar ölkələrimiz arasında münasibətlərin inkişaf edib dərinləşməsinə ciddi dayaqdır", - Azərbaycanın xarici işlər naziri əminliyini ifadə edib.

Azərbaycan XİN başçısı, həmçinin, ölkələrimiz arasındakı siyasi və iqtisadi münasibətlərin möhkəmliyinə də inanır. "Bizi qabaqlar öyrədirdilər  ki, siyasət iqtisadiyyatın cəmləşdirilmiş ifadəsidir. Bu, bir-birini tamamlayan iki qarşılıqlı aspektdir. İki ölkənin iqtisadi potensialının qüvvətləndirilməsindən, mal dövriyyəsinin artırılmasından, birgə müəssisələrin və sahələrin yaradılmasından danışsaq, daha doğrusu, bir çox istiqamətlər, Belarusun Azərbaycandakı nümayəndəliyində yığma sexləri mövcuddur. Sizin Azərbaycanın meydançasından istifadə etməklə bağlı maraqlı planlarınız var. Eyni ilə Azərbaycanın da Belarus bazarına daxil olmaqla bağlı böyük maraqları var və bu, həyata keçirilir. Qarşılıqlı asılılıq deyərkən,  anlayırıq ki, iqtisadiyyat siyasətdən kənarda mövcud ola bilməz və əgər siyasi səviyyədə sıx qarşılıqlı münasibətlər varsa, o zaman biznes özünü sakit hiss edir. Eləcə də ikitərəfli münasibətlərdə iqtisadi əsas siyasi əlaqələrə dinamiklik verir", - Məmmədyarov hesab edir.

Azərbaycan XİN başçısı "Şərq tərəfdaşlığı" layihəsinə toxunaraq bildirib ki, onun ölkəsi lap əvvəldən bütün ölkələrlə mehriban qonşuluq münasibətlərinin inkişafının tərəfdarıdır. "Ümumilikdə, biz "Şərq tərəfdaşlığı"na təkcə bu layihənin iştirakçısı olan ölkələrlə yaxınlaşmağa deyil, həm də Avropa İttifaqı ilə münasibətlərin nizamlanması imkanı verən yaxşı instituta yol kimi baxırıq. "Şərq tərəfdaşlığı" Azərbaycanda həyat standartlarının Avropa standartlarına keçirilməsi üçün yaxşı alətdir. Biz ölkənin demokratikləşdirilməsi kimi siyasi xarakterli məsələlərdən başlamış, sosial məsələlərədək - tikinti və inkişaf infrastrukturu, təhsul (məsələn, Azərbaycan Boloniya prosesinə qoşulub), istehsalat standartlarının inkişafı, qoy lap kənd təsərrüfatı və ya sənaye malları olsun, bütün sahələrdə bir çox işlərin görülməsi vacibdir", - Elmar Məmmədyarov deyib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri ölkəyə "Şərq tərəfdaşlığı"nın hansı faydası olmasını da bölüşüb. "Avropa qonşuluğu velosiped icad etməyin lazım olmadığını, Avropa ölkələrində tətbiq olunan standartları tətbiq etməyi və onları Azərbaycan iqtisadiyyatına və gündəlik həyata maksimum tətbiq etməyin lazım olduğunu anladır. Burada bizə "Şərq tərəfdaşlığı"nın üzvlərinin, o cümlədən, Belarusun təcrübəsi də maraqlıdır. İndi biz yalnız yolun başlanğıcındayıq. Brüsseldə müzakirə olunan bəzi ideyalar var: bu, viza məsələləri və gənclər siyasətidir. Başa düşürük ki, hazırkı dünyada "qapalı sərhədlər" anlayışı artıq kifayət qədər köhnəlib. Və burada da biz işləməyə hazırıq və səmimiyik. Hələlik bu istiqamətdə konkret nəsə olduğunu deyə bilmərəm. Lakin əgər biz irəliyə hərəkət etsək və bu prosesi intensivləşdirsək, bu bizə Avropa İttifaqı ilə çox yaxşı qarşılıqlı əlaqələr qurmağa imkan verəcək",  - Məmmədyarov əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti