...

Azərbaycanın ali özəl müəssisələri gəlirlərinin, ən azı, iki faizini elmi-tədqiqat işlərinə sərf etməli olacaqlar

Siyasət Materials 4 İyun 2010 13:10 (UTC +04:00)
Azərbaycanın ali özəl müəssisələri gəlirlərinin, ən azı, iki faizini elmi-tədqiqat işlərinə sərf etməli olacaqlar. Bununla bağlı "Təhsil haqqında" qanuna əlavə edilib.
Azərbaycanın ali özəl müəssisələri gəlirlərinin, ən azı, iki faizini elmi-tədqiqat işlərinə sərf etməli olacaqlar

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ali özəl müəssisələri gəlirlərinin, ən azı, iki faizini elmi-tədqiqat işlərinə sərf etməli olacaqlar. Bununla bağlı "Təhsil haqqında" qanuna əlavə edilib.

Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin cümə günü keçirilən iclasında "Təhsil haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə qanun layihələri müzakirə edilib.

Komitənin sədri Şəmsəddin Hacıyev deyib ki, hər iki layihə Prezident İlham Əliyev tərəfindən Parlamentə təqdim edilib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən əlavə nəticəsində, özəl ali təhsil müəssisələri əldə etdiyi gəlirlərin, ən azı, 2 faizini həmin müəssisədə həyata keçirilən elmi-tədqiqat işlərinə sərf etməlidir. Bu xərclər də qrant formasında reallaşdırılmalıdır.

Hacıyev deyib ki, özəl ali müəssisələrin geniş elmi potensialı var və bu potensialı elmə cəlb etmək, elmi stimullaşdırmaq üçün bu əlavə önəmlidir.

Qanuna əlavə komitədə qəbul olundu və Parlamentin iclasına tövsiv olunub.

Əlavəyə toxunan Hacıyev bildirib ki, Məcəlləyə 348-4 maddəsi (ali və orta ixtisas təhsili müəssisələrinin "tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və düzgün daxil edilməməsi haqqında) əlavə edilib.

Maddədə qeyd olunur ki, "tələbə-məzun" dövlət elektron məlumat sisteminə vaxtında qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və düzgün daxil edilməməsinə görə, vəzifəli şəxs 200 manatdan 300 manatadək, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək miqdarda cərimə ediləcək.

Hacıyev deyib ki, bu əlavə ali müəssisələrində qanunsuz tələbə qəbullarının qarşısının alınması üçündür.

Xəbər lenti

Xəbər lenti