...

Tbilisidə sərnişin avtobusu və "CİP"in toqquşması nəticəsində 12 nəfər xəsarət alıb

Siyasət Materials 8 İyun 2010 14:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 8 iyun /Trend, müxbir N.Kirsxaliya/

Bu gün səhər Tbilisidə Aqmaşenebeli xiyabanında sərnişin avtobusu və "CİP"in toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Gürcüstanın fövqəladə hallar naziri Temur Giorqadzenin Trend-ə verdiyi məlumata görə, "CİP" içində 20 nəfər olan 15 nömrəli avtobusla toqquşub.

Toqquşma nəticəsində avtobus aşıb, 9 nəfər xəsarət alıb. Həmçinin, "CİP"in üç sərnişini də xəsarətlər alıb. Onların hamısı 14 nömrəli xəstəxanaya və Quduşauri klinikasına çatdırılıb.

Həkimlər deyir ki, zərərçəkmişlərin həyatı üçün təhlükə yoxdur.

Patrul polisi hadisə yerindədir və avtoqəzanın səbəblərini araşdırır.

Xəbər lenti

Xəbər lenti