...

Azərbaycan Parlamenti Hərbi Doktrinanı qəbul edib

Siyasət Materials 8 İyun 2010 18:04 (UTC +04:00)
Azərbaycanın Paramenti Hərbi Doktrinanı qəbul edib. Trend-in məlumatına görə, Milli Məclisin növbədənkənar iclasında Hərbi Doktrina qəbul edilib
Azərbaycan Parlamenti Hərbi Doktrinanı qəbul edib

Azərbaycan, Bakı,  8 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti Hərbi Doktrinanı qəbul edib. Trend-in məlumatına görə, Milli Məclisin növbədənkənar iclasında Hərbi Doktrina qəbul edilib.

Hərbi Doktrina layihəsi 75 bənddən ibarətdir, 7 əsas müddəanı özündə ehtiva edir. Regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb.

Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı Hərbi Doktrina layihəsində istisnalar nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır.

Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda, bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa, maliyyə və iqtisadi böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizmin stimullaşdırılması və digər məsələlər Hərbi Doktrina layihəsində yer alıb.

Xəbər lenti

Xəbər lenti