...

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti terrorizm cinayətlərinin istintaqı ilə əlaqədar beynəlxalq konfransda iştirak edib

Siyasət Materials 11 İyun 2010 13:24 (UTC +04:00)
Respublika Prokurorluğunun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Tatarıstanın Kazan şəhərində keçirilən konfransda iştirak edən nümayəndə heyətimizə hərbi prokurorun müavini Şəfaət İmanov rəhbərlik edib.
Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti terrorizm cinayətlərinin istintaqı ilə əlaqədar beynəlxalq konfransda iştirak edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Prokurorluğunun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Tatarıstanın Kazan şəhərində keçirilən konfransda iştirak edən nümayəndə heyətimizə hərbi prokurorun müavini Şəfaət İmanov rəhbərlik edib.

"Terrorizm və separatizm - problem və həll yolları" mövzusunda konfransda çıxış edən İmanov Rusiyanın Şimali Qafqaz regionunda mövcud separatizm hərəkatına mənfi qiymət verib.

O, Ermənistan separatçı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ərazisində törətdikləri cinayətlər, terror aktları barədə məlumat verib, məhkəmələrdə baxılmış cinayət işlərindən danışıb.

Prokurorun müavini Ermənistan tərəfindən işğal olunmuş və nəzarətsiz qalmış Azərbaycan ərazilərində terrorist düşərgələrin fəaliyyət göstərməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin geniş yayılmaqla əldə olunan vəsaitlərin terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə edildiyini diqqətə çatdırıb.

Konfransda terrorizm, separatizmin digər növləri ilə mübarizə, terrorizmin maliyyələşdirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, terrorizm xarakterli cinayətlərin istintaq metodu və mübarizəsi üzrə təcrübəsi mövzusunda müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti