...

Azərbaycanda müxalifət bloku sanksiyalaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib

Siyasət Materials 12 İyun 2010 16:40 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası olan "Müsavat"ın nümayəndələrinin şənbə günü sanksiyalaşdırılmamış etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.
Azərbaycanda müxalifət bloku sanksiyalaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müxalifət partiyası olan "Müsavat"ın nümayəndələrinin şənbə günü sanksiyalaşdırılmamış etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.

Müxalifətin 15-20-yə yaxın nümayəndəsi "Elmlər Akademiyası" metrostansiyasının yanında mitinq keçirməyə cəhd edib.

Bakı Şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer rolunda Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.

Xəbər lenti

Xəbər lenti