...

Azərbaycan xarici işlər naziri BMT-nin Azərbaycan üzrə yeni rezident-əlaqələndiricisini qəbul edib

Siyasət Materials 12 İyun 2010 16:30 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, ölkəmizdə BMT-nin rezident-əlaqələndiricisi təyin olunmasından məmnunluğunu deyən qonaq, təmsil etdiyi qurumla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu və BMT-nin müxtəlif proqramlarının uğurla və səmərəli həyata keçirilməsi istiqamətdə çalışacağını bildirib.
Azərbaycan xarici işlər naziri BMT-nin Azərbaycan üzrə yeni rezident-əlaqələndiricisini qəbul edib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri BMT-nin Azərbaycan üzrə yeni rezident-əlaqələndiricisi Fikret Akçuranı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, ölkəmizdə BMT-nin rezident-əlaqələndiricisi təyin olunmasından məmnunluğunu deyən qonaq, təmsil etdiyi qurumla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu və BMT-nin müxtəlif proqramlarının uğurla və səmərəli həyata keçirilməsi istiqamətdə çalışacağını bildirib.

Nazir Elmar Məmmədyarov Akçuranı ölkəmizə BMT-nin rezident-əlaqələndiricisi təyin olunması münasibətilə təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti