...

Bakıda yeni lazer kameralarının quraşdırılması avqustun sonunadək başa çatacaq - BDYPİ

Siyasət Materials 15 İyun 2010 11:37 (UTC +04:00)
Bakı şəhərinin küçələrində yeni lazer kameralarının quraşdırılması avqustun sonunadək başa çatacaq.
Bakıda yeni lazer kameralarının quraşdırılması avqustun sonunadək başa çatacaq - BDYPİ

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir M.Əliyev/

Bakı şəhərinin küçələrində yeni lazer kameralarının quraşdırılması avqustun sonunadək başa çatacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Bakı Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev bildirib.

"Lazer kameraları Bakının bütün mərkəzi prospektləri və küçələrində işləyəcək", - Hənifəyev deyib.

Onun sözlərinə görə, bu günədək quraşdırılan kameralar hələ ki işlənməsi üçün qoşulmayıb.

Bölmə rəisi yeni kameraların təyinatının sonra açıqlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti