...

Azərbaycan hökuməti bir sıra orta ixtisas məktəblərinin adlarını dəyişdirib

Siyasət Materials 17 İyun 2010 14:44 (UTC +04:00)
Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, təhsil, səhiyyə və fövqəladə hallar nazirliklərinin təkliflərini nəzərə alaraq, hökumətin qərarı ilə Bakı Mədəni-Maarif Texnikumu - Bakı Humanitar Kolleci, Şamaxı Mədəni-Maarif Texnikumu - Şamaxı Humanitar Kolleci, Şuşa Mədəni-Maarif Texnikumu - Şuşa Humanitar Kolleci, Gəncə Musiqi Texnikumu - Gəncə Musiqi Kolleci, Sumqayıt Musiqi Texnikumu - Sumqayıt Musiqi Kolleci, Şəki Musiqi Texnikumu - Şəki Musiqi Kolleci, Şuşa Musiqi Texnikumu - Şuşa Musiqi Kolleci, Ağdam Musiqi Texnikumu - Ağdam Musiqi Kolleci, Ağcabədi Pedaqoji Texnikumu - Ağcabədi Pedaqoji Kolleci, Astara Pedaqoji Texnikumu - Astara Pedaqoji Kolleci, Şəki Pedaqoji Texnikumu - Şəki Pedaqoji Kolleci, Bakı Məktəbəqədər Pedaqoji Texnikumu - Bakı Sosial Pedaqoji Kolleci, Bakı Sənaye Pedaqoji Texnikumu - Bakı Sənaye Pedaqoji Kolleci adlandırılıb.
Azərbaycan hökuməti bir sıra orta ixtisas məktəblərinin adlarını dəyişdirib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir sıra orta ixtisas məktəblərinin adları dəyişdirilib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, təhsil, səhiyyə və fövqəladə hallar nazirliklərinin təkliflərini nəzərə alaraq, hökumətin qərarı ilə Bakı Mədəni-Maarif Texnikumu - Bakı Humanitar Kolleci, Şamaxı Mədəni-Maarif Texnikumu - Şamaxı Humanitar Kolleci, Şuşa Mədəni-Maarif Texnikumu - Şuşa Humanitar Kolleci, Gəncə Musiqi Texnikumu - Gəncə Musiqi Kolleci, Sumqayıt Musiqi Texnikumu - Sumqayıt Musiqi Kolleci, Şəki Musiqi Texnikumu - Şəki Musiqi Kolleci, Şuşa Musiqi Texnikumu - Şuşa Musiqi Kolleci, Ağdam Musiqi Texnikumu - Ağdam Musiqi Kolleci, Ağcabədi Pedaqoji Texnikumu - Ağcabədi Pedaqoji Kolleci, Astara Pedaqoji Texnikumu - Astara Pedaqoji Kolleci, Şəki Pedaqoji Texnikumu - Şəki Pedaqoji Kolleci, Bakı Məktəbəqədər Pedaqoji Texnikumu - Bakı Sosial Pedaqoji Kolleci, Bakı Sənaye Pedaqoji Texnikumu - Bakı Sənaye Pedaqoji Kolleci adlandırılıb.

Həmçinin, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu - Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci, Bakı Yeyinti Sənayesi Texnikumu - Bakı Qida Sənayesi Kolleci, 1 nömrəli Bakı Tibb Məktəbi - 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Məktəbi - 2 nömrəli Bakı Baza Tibb Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Məktəbi - Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Məktəbi - Gəncə Tibb Kolleci, Mingəçevir Tibb Məktəbi - Mingəçevir Tibb Kolleci, Naxçıvan Tibb Məktəbi - Naxçıvan Tibb Kolleci, Lənkəran Tibb Məktəbi - Lənkəran Tibb Kolleci və Şəki Tibb Məktəbi - Şəki Tibb Kolleci, Bakı Yanğın Texniki Məktəbi - Yanğın Texniki Kolleci adlandırılıb.

Xəbər lenti

Xəbər lenti