...

Azərbaycanın müxalifət partiyaları deputatlığa namizədlərin birgə dəstəklənməsi barədə qərar veriblər

Siyasət Materials 17 İyun 2010 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat PartiyasıDemokratiya Uğrunda İttifaq (DUİ) parlament seçkisində namizədlərin birgə dəstəklənməsi barədə qərar qəbul ediblər.

"Müsavat Partiyasının namizəd irəli sürdüyü dairələrdə DUİ-nin namizədi olmayacaq və DUİ-nin namizədi olan dairələrdə Müsavatın namizədi olmayacaq. Lakin Müsavat da, DUİ-də həmin namizədləri dəstəkləyəcək", - cümə axşamı Trend-ə DUİ-nin seçki qərargahının sədri Əhməd Oruc məlumat verib.

Müsavat Partiyası ilə DUİ cümə axşamı birgə məsləhətləşmələr aparıb və bu qərar həmin məsləhətləşmələrdən sonra qəbul edilib. Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabrın ilk həftəsində keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Hər iki tərəf birgə aksiyaların davam etdirilməsi barədə də qərar veriblər.

"İyunun 21-də keçiriləcək növbəti məsləhətləşmələrdə kütləvi aksiyaların yeri və vaxtı müəyyənləşəcək", - Oruc əlavə edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-ci ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqqında qərar verilib.

Xəbər lenti

Xəbər lenti