...

Azərbaycan Parlamenti yay sessiyasını bir sıra qanunları qəbul etməklə başa vurub

Siyasət Materials 22 İyun 2010 19:30 (UTC +04:00)
Azərbaycan Parlamenti yay sessiyasını bir sıra qanunları qəbul etməklə başa vurub.
Azərbaycan Parlamenti yay sessiyasını bir sıra qanunları qəbul etməklə başa vurub

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti yay sessiyasını bir sıra qanunları qəbul etməklə başa vurub. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən növbəti plenar iclasında Azərbaycan Respublikasının "Gömrük rüsumları haqqında", "Yol hərəkəti qaydaları haqqında" qanunlarına əlavə dəyişikliklər edilib, "Azərbaycan və Vyetnam Sosialist Respublikası hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin maneəsiz hərəkəti haqqında" sazişin təsdiq edilməsi, Nayrobidə imzalanan "Olimpiya simvollarının qorunması haqqında" müqaviləyə qoşulmaq barədə, "MDB-yə daxil olan ölkələrdə terrorizmlə mübarizədə əməkdaşlıq haqqında" müqavilənin təsdiq edilməsi, "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa müqaviləsinin Cenevrə Aktına qoşulmaqla bağlı qanun qəbul edilib.

"Fövqəladə Hallar Nazirliyi orqanlarında xidmətkeçmə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar Milli Məclis tərəfindən müvafiq olaraq ikinci və üçüncü oxunuş zamanı qəbul edilib.

Bundan başqa, parlamentin iclasında Qax və Zaqatala rayonlarının inzibati bölgülərinə dəyişikliklər edilib.

Çərşənbə axşamı son olaraq birinci oxunuşda "İnvestisiya fondları haqqında" qanun qəbul edilib.

Xəbər lenti

Xəbər lenti