...

BMT Qırğızıstanda zərərçəkənlərə humanitar yardımı fəallaşdırıb

Siyasət Materials 23 İyun 2010 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir V.Javoronkova/

Qırğızıstanın cənubunda sakitliyin tədricən bərpası bu rayonda BMT sistemi idarələrinin humanitar fəaliyyətinin aktivləşməsi ilə müşayiət olunur. Bu barədə qurumun məlumatında deyilir. Lakin eləcə də əsas küçələrində əvvəlki kimi barrikadaların olduğu şəhərində təhlükəsizliklə bağlı vəziyyət hələlik tam nəzarət altında deyil.

BMT idarəsi xəbər verir ki, onlar bütün ehtiyacı olanlara yardım çatdıra bilmirlər, çünki hakimiyyət şəhərin bütün küçələrini barrikadalardan təmizləyə və humanitar təşkilatların əməkdaşlarını təhlükəsiz dəhlizlə təmin edə bilməyib. Bu əməliyyat özbək icmasının müqaviməti ilə üzləşir.

"Onlar yardım almaq üçün küçələrə çıxmağa qorxurlar, çünki onlar inanmırlar; bu yardımı kimin gətirdiyini bilmirlər. Etimad problemi mövcuddur",  -  BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin mətbuat katibi Elizabet Birs bildirib.

Bu arada BMT Uşaq Fondu (YUNİSEF) və Ümumdünya Səhiyyə Təşkilatı uşaqlar və qadınlar arasında yoluxucu xəstəliklərin tüğyan edəcəyindən narahatdır. Fəlakət zonasından artıq ishalın baş qaldırması barədə xəbərlər daxil olmaqdadır.

YUNİSEF xəbər verir ki, köçkünlərin olduqları düşərgələr ağzınadək dolub. Adamların içməli su və zəruri sanitar-gigiyenik şəraitlə təminatında problemlər mövcuddur. Bu düşərgələrdə 120 adama bir sanitar qovşağı düşür. Düşərgə sakinlərinə şüşə qablarda içməli su paylanılır. Lakin çatdırılmalar qeyri-müntəzəmdir və yaxın günlərdə suyun çatmayacağı ehtimalı var.

Bu gün Oş şəhərinə YUNİSEF-in 40 ton həcmində ilkin tələbat əşyaları gətirilib. Çadırlar, adyallar, su təmizləmək üçün həblər və mətbəx ləvazimatları çatdırılıb. Sabah bu şəhərə Uşaq Fondundan əlavə yardımın gətiriləcəyi gözlənilir.

Qaçqınların İşləri Üzrə Ali Komissarlığın idarəsi də Qırğızıstanda ziyan çəkənlərə, əsasən, inşaat materiallarından ibarət 240 ton humanitar yardım gətirib. İdarənin mətbuat katibi bildirib ki, bu günədək doqquz minə yaxın məcburi köçkün doğma yerlərə qayıdıb. Onların arasında Özbəkistana qaçanlar da var.

Son iki gün ərzində vəziyyətin Oş şəhərindəkinə nisbətən daha az gərgin olduğu Cəlalabad vilayətinə 7 539 nəfər qayıdıb.

Ötən həftə BMT donorlardan Qırğızıstan üçün 71 milyon dollar vəsait istəyib. Artıq bu ölkə üçün BMT-nin Fövqəladə Yardımların Göstərilməsi Fondundan 8 milyon ABŞ dollarının ayrıldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti