...

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 İyun 2010 19:25 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının dördüncü iş günündə Monitorinq Komitəsinin iclasında Pedro Arqamunt Font de Mora qurumun Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib.
AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra əlavə olunub

Fransa, Strasburq, 24 iyun /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının dördüncü iş günündə Monitorinq Komitəsinin iclasında Pedro Aqramunt Font de Mora qurumun Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib. Bu barədə Trend-ə çümə axşamı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib.

"Bu gün AŞ PA-nın Monitorinq Komitəsində bizim üçün vacib bir iclas oldu. Andres Herkel bü gün AŞ PA-da Azərbaycan üzrə həmməruzəçi kimi sonuncu çıxışını edəcək. Artıq Monitorinq Komitəsi Andres Herkelin həmməruzəçi kimi səlahiyyətlərinə xitam verib. Bu gün Azərbaycan üzrə yeni məruzəçinin təyin olunması məsələsi müzakirə olunub və həllini tapıb. Avropa Xalq Partiyasının üzvü, ispaniyalı deputat Pedro Aqramunt Font de Mora Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. O, AŞ-də ən yüksək nüfuza malik olan millət vəkillərindən biridir", - Seyidov qeyd edib.

Səməd Seyidov yeni həmməruzəçinin obyektiv fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

"Əminəm ki, cənab Pedro Aqramunt Font de Mora obyektiv imicə malik bir şəxs kimi Azərbaycanla münasibətləri düzgün, qarşılıqlı hörmət və obyektiv şəkildə təşkil edəcək. Bizim hər iki məruzəçi - Jozef Debona Qrex və Petro Arqamuntla münasibətlərimiz Azərbaycan-AŞ münasibətlərinin inkişafına və ümumiyyətlə Avropa-Azərbaycan münasibətlərinin daha da yüksək səviyyədə inkişaf etdirilməsinə xidmət edəcək", - millət vəkili bildirib.

Qeyd edək ki, Andres Herkel 5 il Azərbaycan üzrə həmməruzəçi kimi fəaliyyət göstərib. İyunun 24-də günün ikinci yarısında AŞ PA-da Andres Herkel və Jozef Debona Qrex tərəfindən hazırlanmış "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı məruzənin müzakirəsi olacaq.

Xəbər lenti

Xəbər lenti