...

Azərbaycan Prezidenti Xorvatiya Prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 24 İyun 2010 22:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Ivo Yosipoviçə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Xorvatiya Prezidentinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Ivo Yosipoviçə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Xorvatiya münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və rifah arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti