...

Gürcüstan Prezidenti Administrasiyasına nazir David Tkeşelaşvili rəhbərlik edəcək

Siyasət Materials 25 İyun 2010 20:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Administrasiyasına artıq keçmiş regional inkişaf və infrastruktur naziri David Tkeşelaşvili rəhbərlik edəcək. Bu barədə cümə günü Prezident Administrasiyasında təqdimat zamanı dövlət başçısı Mixail Saakaşvili bildirib.

"Tkeşelaşvilinin bu vəzifəyə təyin olunması o deməkdir ki, Prezident Administrasiyası yol tikintisi, kəndlərin qazla təchiz edilməsi, su kəmərlərinin çəkilməsi, təhsil kimi iri layihələrə xüsusi diqqət ayırır", - o deyib.

Prezident qeyd edib ki, bu layihələr əhalinin firavanlığını təmin edir və yeni iş yerlərinin açılmasına imkan verir.

Saakaşvili həmçinin bildirib ki, jurnalist İrma Nadiraşvili Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin olunub. Xanım Nadiraşvili uzun illər "Rustavi-2" teleşirkətində işləyib.

Xəbər lenti

Xəbər lenti