...

Azərbaycanın polis orqanlarında kadr dəyişikliyi olub

Siyasət Materials 28 İyun 2010 11:41 (UTC +04:00)
Bakının Binəqədi rayon Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bərdə rayon yol polisi şöbəsinin rəisi Zail Məmmədov Binəqədi rayon yol polisi şöbəsinə rəis təyin olunub.
Azərbaycanın polis orqanlarında kadr dəyişikliyi olub

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın polis orqanlarında kadr dəyişikliyi olub.

Bakının Binəqədi rayon Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bərdə rayon yol polisi şöbəsinin rəisi Zail Məmmədov Binəqədi rayon yol polisi şöbəsinə rəis təyin olunub.

Binəqədi rayon yol polis şöbəsinin rəisi Elçin İsgəndərov isə Tovuz rayon yol polis şöbəsinə rəis göndərilib.

Bir müddət öncə Bərdənin polis rəisi Ağalar Məhərrəmov Binəqədi rayon Polis İdarəsinin rəisi təyin olunmuşdu.

Naftalan rayon polis rəisi Hikmət Quliyev Bərdə rayon polis şöbəsinə, bu şöbənin xidmət üzrə müavini Ağakişi İsmayılov isə Naftalan rayonuna polis rəisi göndərilmişdi.

Xəbər lenti

Xəbər lenti