...

Gürcüstanın xarici işlər naziri Böyük Britaniyaya səfər edəcək

Siyasət Materials 28 İyun 2010 15:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze iyunun 29-da Böyük Britaniyaya birgünlük işgüzar səfər edəcək. Bu barədə ənənəvi bazar ertəsi brifinqdə xarici işlər nazirinin müavini David Calaqaniya bildirib.

Onun sözlərinə görə, Vaşadze səfəri zamanı britaniyalı həmkarı Uilyam Heyk ilə görüşəcək.

"Bu, nazirimizin Böyük Britaniyaya hökumət dəyişikliyindən sonra ilk səfəridir və buna görə də bu səfərin xüsusi əhəmiyyəti var", - Calqaaniya bildirib və qeyd edib ki, Britaniya Gürcüstanın dostudur və görüş zamanı həm ikitərəfli münasibətlər, həm də Gürcüstanın Aİ və NATO-ya inteqrasiyası məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti