...

Klintonun Gürcüstana səfəri iki ölkənin siyasi həyatında çox mühüm hadisədir - XİN

Siyasət Materials 28 İyun 2010 15:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 iyun /Trend, müxbir N.Kirsxaliya/

ABŞ dövlət katibi Hillari Klinton iyulun 5-də Gürcüstana birgünlük səfər edəcək. Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniyanın ənənəvi bazar ertəsi brifinqində dediyi kimi, Klinton səfər çərçivəsində Gürcüstan Prezidenti Mixail Saakaşvili, həmçinin xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək.

"Görüşlərdə ikitərəfli münasibətlər, eləcə də regionda, o cümlədən Gürcüstanda sülhün bərqərar olunması müzakirə ediləcək. Bundan başqa, iki ölkə arasında qanuniləşdirilmiş Xartiya çərçivəsində əməkdaşlığın konkret məsələləri də əsas müzakirə mövzulardan biri olacaq", - Calaqaniya deyib.

Onun sözlərinə görə, bu səfər iki ölkənin siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir.

Calaqaniya qeyd edib ki, görüşlərdə Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyət, həmçinin Ağ Evin Rusiyanın işğalçı kimi göstərildiyi bəyanatı müzakirə ediləcək.

Hələ ki görüşlərin harada keçiriləcəyi - Tbilisidə və ya Batumidə - məlum deyil.

Xəbər lenti

Xəbər lenti