...

Bolqarıstan Prezidenti Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 İyun 2010 13:33 (UTC +04:00)
Bolqarıstan Prezidenti Georgi Pırvanov iyunun 30-dan iyulun 1-nə qədər Azərbaycanda səfərdə olacaq, - "Sofia News Agency" agentliyi xəvər verir.
Bolqarıstan Prezidenti Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Аzərbaycan, Bakı, 30 iyun /Trend, müxbir А.Qasımova/

Bolqarıstan Prezidenti Georgi Pırvanov iyunun 30-dan iyulun 1-nə qədər Azərbaycanda səfərdə olacaq, - "Sofia News Agency" agentliyi xəvər verir.

Səfər zamanı həm siyasi, həm də ticari-iqtisadi sahələrdə ikitərəfli əlaqələrin inkişafını müzakirə etmək planlaşdırılır.

Azərbaycandan əvvəl Türkiyədə səfərdə olarkən, Pırvanov qazın Azərbaycandan Bolqarıstana nəqli üzrə danışıqlar aparılması barədə Bolqarıstan, Türkiyə və Azərbaycan şirkətlərinin üçtərəfli görüşünü təşkil etməyi təklif etmişdi. Azərbaycandan Bolqarıstana qaz marşrutu, yanacağın nəqli diversifikasiyası kontekstində, Avropa İttifaqı üçün əhəmiyyətli rol oynayır.

Azərbaycan və Bolqarıstan prezidentləri, həmçinin, Bolqarıstan şirkəti "Bultransgaz" və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında müzakirə olunan təbii qazın Azərbaycandan Bolqarıstana nəqli layihəsi üzrə irəliləyişləri müzakirə edəcəklər.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-aprel aylarında Bolqarıstanla mal mübadiləsi 4,7 milyon dollar təşkil edib.

Hal-hazırda Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahili üzrə (ARDNŞ-in Kulevidə neft terminalı var) emalı terminalının inşası və neftin Avropanın daxili qaz nəqliyyatı şəbəkəsi üzrə gələcəkdə daşınması məsələsinə baxılır. Layihə iki istiqamətdə aparılır - LNG və CNG. Birinci, qazın mayeləşdirilməsi zavodunun tikintisi; ikinci, qazın mayeləşdirilməsi üçün onun bilavasitə gəmilərə çatdırılması.

İlham Əliyev 2009-cu ilin 12-14 noyabrında Bolqarıstana rəsmi səfər etmişdi.

Xəbər lenti

Xəbər lenti