...

Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü olub

Siyasət Materials 30 İyun 2010 16:30 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bolqarıstan Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova ilə birgə görüşü olub.
Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü olub

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bolqarıstan Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova ilə birgə görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı və xanımı Bolqarıstan Prezidentini və xanımını sarayın həyətində qarşılayıblar.

Sonra birgə görüş olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli səfərlərin əhəmiyyətinə toxunulub. Bolqarıstan Prezidentinin Azərbaycana işgüzar səfərinin əlaqələrimizin genişlənməsi baxımından önəmi qeyd olunub.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti