...

Azərbaycan Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Siyasət Materials 1 İyul 2010 16:16 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahov cümə axşamı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Azərbaycan Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahov cümə axşamı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə MSK-nin mətbuat xidmətinin məlumatında deyilir.

Avropa İttifaqının xüsusi nümayəndəsi MSK sədri ilə görüşü zamanı qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə və qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edib.

Semnebi Avropa İttifaqının Azərbaycanda demokratiyanın inkişaf etdirilməsinə yardım etməyə hazır olduğunu bildirib.

MSK sədri Semnebiyə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat verib və seçkilərin ölkənin seçki qanunvericiliyinə, Avropada formalaşmış standartlara uyğun keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti