...

Azərbaycan regionda iqtisadi inkişafı və sabit xarici siyasəti ilə liderlik edən ölkədir – görkəmli azərbaycanlı alim Lütfi Zadə

Siyasət Materials 3 İyul 2010 13:11 (UTC +04:00)
Azərbaycan regionda sabit iqtisadi inkişafı və sabit xarici siyasəti ilə liderlik edən ölkədir. Bu sözləri Trend-ə müsahibəsində azərbaycanlı görkəmli alim Lütfi Əsgərzadə (Lütfi Zadə) iyulun 4-də Azərbaycana səfər edəcək ABŞ dövlət katibi Hillari Klintona ünvanlayıb.
Azərbaycan regionda iqtisadi inkişafı və sabit xarici siyasəti ilə liderlik edən ölkədir – görkəmli azərbaycanlı alim Lütfi Zadə

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir R.Dərəxşan/

Azərbaycan regionda sabit iqtisadi inkişafı və sabit xarici siyasəti ilə liderlik edən ölkədir. Bu sözləri Trend-ə müsahibəsində azərbaycanlı görkəmli alim Lütfi Əsgərzadə (Lütfi Zadə) iyulun 4-də Azərbaycana səfər edəcək ABŞ dövlət katibi Hillari Klintona ünvanlayıb.

Lütfi Zadə məşhur riyaziyyatçıdır, qeyri-səlist çoxluq və qeyri-səlist məntiqin banisidir. O, Bakıda doğulub, 1944-cü ildən ABŞ-da yaşayır, 1959-cu ildən isə Kaliforniya universitetində çalışır.

"Ölkəni bacarıqla idarə edən görkəmli şəxsin Azərbaycana rəhbərlik etməsini, balanslaşdırılmış xarici siyasət aparmasını görmək sevindirici haldır ki, bunun da sayəsində ölkə inkişaf edir və çiçəklənir", - Lütfi Zadə deyib.

Onun sözlərinə görə, İlham Əliyev bu və ya digər ölkəyə meyl etməyərək ağıllı siyasət yürüdür. "Ölkə balanslaşdırılmış xarici siyasət aparır və bundan qazanır. Azərbaycanın bu balansı saxlaması vacibdir", - o qeyd edib.

"Mənim üçün Azərbaycan hazırda sakit vəziyyətdədir. Azərbaycanın daxilindəki ictimai vəziyyət sabitdir, ölkə demokratik yolla inkişaf edir. Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun Qırğızıstan, Özbəkistan, Gürcüstan və Ermənistan kimi digər ölkələrində vəziyyət narahatdır. Lakin Azərbaycandakı vəziyyət çox sabitdir", - Lütfi Zadə deyib.

Lütfi Zadənin fikrincə, o, Hillari Klintona yüksək inkişaf etmiş mədəniyyətə, elmə, intellektual insan resurslarına malik Azərbaycan haqqında çox müsbət şey danışa bilərdi.

Bakıya səfəri zamanı Klintonun Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti