...

İlham Əliyev İranın mədəniyyət və islam maarifləndirilməsi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 İyul 2010 14:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev İranın mədəniyyət və islam maarifləndirilməsi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Seyid Məhəmməd Hüseyni İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə İran arasında bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanmış və bildirilmişdir ki, bu uğurlu əməkdaşlığın mənbəyi məhz xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələridir. Bu işdə mədəniyyətlə bağlı məsələlər xüsusi rol oynayır. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacib məsələ olduğu qeyd edilib.

Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti