...

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri regiondakı prosesləri müzakirə ediblər

Siyasət Materials 7 İyul 2010 18:05 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib.
Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri regiondakı prosesləri müzakirə ediblər

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyəti, Cənubi Osetiya və Abxaziya münaqişəsinin hazırkı durumu, regionda baş verən proseslər, Cənubi Qafqaz və Xəzər hövzəsində gerçəkləşdirilən enerji və infrastruktur layihələri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti