...

Həll olunmamış ərazi münaqişəsi Azərbaycanda demokratik dəyərlərin yaranmasında irəliləyişi əngəlləyir – Transatlantika İnstitutunun direktoru

Siyasət Materials 12 İyul 2010 15:21 (UTC +04:00)
Azərbaycanda demokratik inkişafı inkar edən Qərb jurnalisti Afui Hirşin məqaləsi ölkədəki vəziyyətə obyektiv qiymət vermir və vacib amillərdən biri olan həll edilməmiş ərazi münaqişəsini nəzərə almır. Britaniyanın Transatlantika İnstitutunun direktoru Ziba Norman (Ziba Norman) belə hesab edir.
Həll olunmamış ərazi münaqişəsi Azərbaycanda demokratik dəyərlərin yaranmasında irəliləyişi əngəlləyir – Transatlantika İnstitutunun direktoru

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Y.Ostapenko/

Azərbaycanda demokratik inkişafı inkar edən Qərb jurnalisti Afui Hirşin məqaləsi ölkədəki vəziyyətə obyektiv qiymət vermir və vacib amillərdən biri olan həll edilməmiş ərazi münaqişəsini nəzərə almır. Britaniyanın Transatlantika İnstitutunun direktoru Ziba Norman (Ziba Norman) belə hesab edir.

"Belə tənqidi məqalələrin nəşri oxucuya vəziyyəti obyektiv qiymətləndirməyə imkan vermək üçün ətraflı kontekstin təqdim olunmasını tələb edir", - Norman Trend-ə bu yaxınlarda Britaniyanın "The Guardian" nəşrinin saytında yerləşdirilən antiazərbaycan xarakterli məqaləni şərh edərkən bildirib.

Jurnalist Afui Hirş (Afua Hirsch) "Nə üçün Azərbaycan hələ də Avropa Şurasının tərkibindədir?" başlıqlı məqaləsində ölkədəki demokratiya və insan haqları sahəsindəki vəziyyəti həddindən artıq sərt və kəskin təsvir edir.

Normanın fikrincə, demokratik dəyərlərin inkişafı prosesini əngəlləyən həll edilməmiş münaqişələrin mövcudluğu amilini qiymətləndirməmək olmaz.

Norman hesab edir ki, nə qədər ki Dağlıq Qarabağ məsələsi həll olunmayıb, regionda qeyri-sabitliyi istəyən istənilən qrup tərəfindən bu münaqişənin əhəmiyyətinin azaldılmasının mümkünlüyü ilə bağlı haqlı narahatlıq mövcud olacaq. Öz-özlüyündə tam əsaslandırılmış bu narahatlıq tam açıq cəmiyyətə irəliləyişə mane olacaq.

"Məqalə müəllifi, həqiqətən, Dağlıq Qarabağ üzrə ətraflı məlumatların tam kontekstini təqdim etməlidir və yekun həll [münaqişənin] olmadan Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrdə irəliləyişi istər-istəməz çətinləşəcək", - Norman deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədən hissə: "Və elə bu ölkədə jurnalist 1992-ci il qırğını barədə yazdığına görə, terrorizmlə bağlı iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Əlavə olaraq, ona qarşı vergidənyayınma barədə, eləcə də onun saxlanıldığı kameradan 0,22 qram heroin tapıldıqdan sonra, heroin saxlaması ilə bağlı əlavə ittiham irəli sürülüb". Onun, əslində, narkotiklərlə bağlı cinayət törədə biləcəyi faktı "ən az ehtimal olunan" kimi təsvir edilib.

"The Quardian" qəzetində jurnalistin qələmə aldığı 1992-ci il hadisələrinin hansı səbəblər olduğundan bəhs edilmir."Məqalədə, çox güman ki, 1992-ci ildə baş vemiş kütləvi qırğından bəhs edilir, lakin Azərbaycanın Xocalı şəhərində baş vermiş qırğınlardan xəbərsiz olan "Quardian" oxucusu kifayət qədər olmayan faktları və əlbəttə ki, bir hissəsi işğal altında olan Azərbaycandakı vəziyyətin mürəkkəbliyini qiymətləndirə bilməz", - Norman deyib. - "Münaqişə hələlik dondurulub, lakin istənilən vaxt o, yeni bir qüvvə ilə məhv edə bilər".

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq mühasirədə qaldığından, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000-ə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1 275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.

Norman hazırda işğal altında olan ərazilərin beynəlxalq birlik tərəfindən Azərbaycan əraziləri kimi tanındığını unutmamağa çağırır.

"Mühakimə etmək əvəzinə, Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycana tam beynəlxalq dəstəyin verilməsi daha faydalı olardı", - o bildirib.

Xəbər lenti

Xəbər lenti