...

Azərbaycan Prezidenti Latviya və İsveç səfirlərini diplomatik fəaliyyətlərinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 14 İyul 2010 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Latviyanın və İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Mixails Popkovsu və Hans Qunnar Adeni diplomatik fəaliyyətlərinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti Latviya və İsveç səfirlərini diplomatik fəaliyyətlərinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Latviyanın və İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Mixails Popkovsu və Hans Qunnar Adeni diplomatik fəaliyyətlərinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Mixails Popkovsun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinin razılıq doğurduğunu deyib və əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Azərbaycana gəldiyi vaxtları xatırlayan Mixails Popkovs bunun 2005-ci ilin sonuna, Latviya Prezidentinin ölkəmizə ilk rəsmi səfərindən sonraya təsadüf etdiyini bildirib, ötən dövr ərzində respublikamızda sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. Ölkəmizin bu cür yüksək templərlə inkişaf etdiyini tarixdə nadir hadisə kimi qiymətləndirən qonaq Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən islahatların ölkədə yüksək iqtisadi artımın əldə olunmasındakı rolunu qeyd edib və bunun şahidi olmasından məmnunluğunu bildirib.

İlham Əliyevlə Hans Qunnar Aden arasında görüşdə isə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən danışılıb, ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti