...

Milli Məclisin Sədri Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında çıxış edib

Siyasət Materials 21 İyul 2010 22:48 (UTC +04:00)
İyulun 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında çıxış edib. Bu barədə Milli Məclisin saytındakı məlumatda deyilir.
Milli Məclisin Sədri Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında çıxış edib

İyulun 21-də Milli Məclisin Sədri Oqtay Əsədov  Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında çıxış edib. Bu barədə Milli Məclisin saytındakı məlumatda deyilir.

Azərbaycan parlamenti adından konfrans iştirakçılarını salamlayan Sədr qeyd etdi ki, bu gün bəşəriyyət böyük sınaqlar qarşısındadır. Dünyada maliyyə böhranı, terrorçuluq, təcavüzkar separatizm, insan alveri, narkotiklərin yayılması, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi və digər qlobal problemlər misilsiz vüsət almışdır. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Oqtay Əsədov qeyd etdi ki, dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmamışdır.

Sadalanan çağırışları dəf etmək üçün biz həm ölkələr olaraq fərdi, həm də dünya birliyi olaraq kollektiv məsuliyyət daşıyırıq.  Çıxışda bildirilir ki,  demokratiyanın təmin edilməsi problemlərin  həllində müstəsna əhəmiyyət daşıyır. Bəşəriyyətin ən dəyərli nailiyyətlərindən olan demokratiyanı bəşəriyyətin dəyərli kəşflərindən olan parlamentsiz düşünmək mümkün deyil. Milli Məclisin Sədri  parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini və rolunu xüsusi qeyd etdi. Konfransın yekunu olaraq qəbul olunacaq Bəyannamə layihəsinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyini bildirdi.

Sonra Milli Məclisin Sədri Xorvatiya parlamentinin rəhbəri Luka Sebiçlə  görüşdü. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olundu. Bildirildi ki, enerji təhlükəsizliyi, iqtisadi, turizm, mədəni və digər sahələrdə əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynaya bilər. Spiker Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan parlamentində Xorvatiya ilə dostluq qrupu fəaliyyət göstərir. Belə bir qrupun

Xorvatiya parlamentində olması əlaqələrimizin genişlənməsinə təkan ola bilər.

Söhbət zamanı Avropa Birliyi və digər beynəlxalq təşkilatlar və bu təşkilatlarda ölkələrimizin təmsil olunması ilə bağlı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunuldu.

Görüşdən sonra nümayəndə heyətimiz yenidən Parlament Sədrlərinin konfransına qatıldı. Müzakirələrdən sonra Parlament Sədrlərinin 3-cü Ümumdünya Konfransının Bəyannaməsi  qəbul edildi. Bununla da  konfrans öz işini başa vurdu.

Xəbər lenti

Xəbər lenti