...

Azərbaycanda parlament seçkiləri ilə bağlı normativ aktlardan ibarət toplu işıq üzü görüb

Siyasət Materials 29 İyul 2010 16:36 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn parlament seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın gücləndirilməsi məqsədilə normativ xarakterli aktların - təlimatların, izah və qaydaların təsdiq olunması barədə qərar qəbul edib və həmin sənədlər 10 topluda cəmləşdirilib.
Azərbaycanda parlament seçkiləri ilə bağlı normativ aktlardan ibarət toplu işıq üzü görüb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisə seçkilərlə bağlı normativ aktlardan ibarət toplu işıq üzü görüb.

Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn parlament seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın gücləndirilməsi məqsədilə normativ xarakterli aktların - təlimatların, izah və qaydaların təsdiq olunması barədə qərar qəbul edib və həmin sənədlər 10 topluda cəmləşdirilib.

MSK-nın mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda bildirilir ki, sözügedən toplulardan biri işıq üzü görüb və aşağı seçki komissiyalarına çatdırılır.

Normativ xarakterli aktlardan ibarət digər toplular da bu yaxınlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaq.

MSK Milli Məclisə seçkilərlə bağlı 23 adda müxtəlif sənəd nümunələrini təsdiqləyərək çap etdirib. Komissiya həmin sənəd nümunələrinin də aşağı seçki komissiyalarına çatdırılmasını təmin edir.

MSK-nın qəbul etdiyi normativ xarakterli aktlar qurumun rəsmi internet səhifələri (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsilə icitmailəşdirilib.

Xəbər lenti

Xəbər lenti