...

Azərbaycanda yol hərəkəti qaydalarını təbliğ edən aksiya keçirilib (FOTO)

Siyasət Materials 30 İyul 2010 13:38 (UTC +04:00)
Azərbaycanda “Yol hərəkəti qaydalarına riayət edilməsində piyadaların təşəbbüsü” adlı aksiya keçirilib.
Azərbaycanda yol hərəkəti qaydalarını təbliğ edən aksiya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Yol hərəkəti qaydalarına riayət edilməsində piyadaların təşəbbüsü" adlı aksiya keçirilib. Trend-in məlumatına görə, cümə günü keçirilən aksiya "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin (SİMİB) təşkilatçılığı və Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə təşkil olunub. Layihənin keçirilməsində məqsəd sürücü və piyadalara yol mədəniyyəti barədə məlumat verərək, düzgün və təhlükəsizlik yoldan istifadə qaydalarının öyrədilməsi idi.

Aksiya çərçivəsində könüllü gənclər Bakı şəhərində - "Azadlıq" və "Azneft" meydanları ətrafında piyadalara bukletlər paylayıb, piyada keçidlərindən istifadə etməyən piyadaları yol hərəkəti qaydalarına riayət etməyə dəvət ediblər.

SİMİB-in rəhbəri Anar Xəlilov Trend-ə bildirib ki, bu cür aksiyaların keçirilməsi olduqca vacibdir.

"Azərbaycanda ehtiyatsızlıq ucbatından, yol hərəkəti qaydalarına riayət edilmədiyinə görə, hər gün vətəndaşlarımızı itiririk. Belə halların qarşısını almaq üçün ictimaiyyətin maarifləndirilməsi olduqca vacibdir", - Xəlilov əlavə edib.

Xəbər lenti

Xəbər lenti