...

Həştərxan vilayətinin nümayəndə heyəti Heydər Əliyev Fondu ilə tanış olub

Siyasət Materials 3 Avqust 2010 14:48 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 3-də Heydər Əliyev Fondu ilə tanış olub, - AzərTAc Dövlət Agentliyi xəbər verir.
Həştərxan vilayətinin nümayəndə heyəti Heydər Əliyev Fondu ilə tanış olub

Azərbaycanda səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 3-də Heydər Əliyev Fondu ilə tanış olub, - AzərTAc Dövlət Agentliyi xəbər verir.

Qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulub.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurub.

Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamələr, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Fondla tanışlıqdan sonra, Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupova xatirə kitabına ürək sözlərini yazıb.

Qonaqlar fonddan zəngin təəssüratla ayrılıb.

Xəbər lenti

Xəbər lenti