...

Səfir postuna Brayzaya alternativ namizəd Bakıda onun qərəzsizliyinə şübhə doğurmalıdır – Ariel Koen

Siyasət Materials 5 Avqust 2010 13:52 (UTC +04:00)
Trend-in The Heritage Foundation-ın Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə aparıcı eksperti Ariel Koenlə müsahibəsi
Səfir postuna Brayzaya alternativ namizəd Bakıda onun qərəzsizliyinə şübhə doğurmalıdır – Ariel Koen

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.Tarıverdiyeva/

Trend-in The Heritage Foundation-ın Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə aparıcı eksperti Ariel Koenlə müsahibəsi

- Sizin fikrinizcə, ABŞ-ın Azərbaycandakı səfiri postuna yeganə namizəd Metyu Brayzanın təyinatını yubanmasının səbəbləri nədir?

- Erməni diasporu bəyan edir ki, Brayzanın Azərbaycana səfir təyin olunması erməni tərəfinin maraqlarına cavab vermir. Doğrudur, mən ABŞ səfirinin təyinatının erməni icması ilə hansı əlaqəsinin olduğunu tam anlamıram. Belə təəssürat yaranır ki, Prezident Barak Obamanın kimi səfir təyin edib-etməməsini erməni diasporu həll edir.

Məntiqə uyğun olaraq, əgər sentyabrda Brayzanın namizədliyi keçməzsə, onda istənilən digər namizədin bu posta təyinatı Azərbaycanda sonuncunun qərəzsizliyinə ən azı şübhə doğurmalıdır. Axı ABŞ Senatının Xarici əlaqələr komitəsinin Azərbaycanda səfir postuna namizədi təsdiqləməsi eyni zamanda onun ermənipərəst semnatorlar və müvafiq olaraq, erməni diasporu tərəfindən təsdiqlənməsi demək olacaq.

- Sizcə, yaxın vaxtlarda Senatda Brayzanın namizədliyinə baxılması ilə bağlı hadisələr necə inkişaf edəcək?

- Aydındır ki, fasilə əldə edən erməni lobbi təşkilatları Brayzanın təyinatına qarşı yeni güclü kampaniyanın başlaması üçün var güclərini sərf edəcəklər. Əminəm ki, onun təyinatı ilə bağlı məsələ hazırda ölkədə ABŞ Konqresinə seçki kampaniyası çərçivəsində də müzakirə olunacaq.

Onu da nəzərə almaq lazımdır ki, Brayzanın namizədliyi ilə bağlı müzakirələrin təxirə salınmasında erməni lobbisinin əli var. Payızda ABŞ-da senatorların 40 faizindən cüzi azının təkrar seçkiləri keçiriləcək və qarşıdakı heç də asan olmayacaq seçkiqabağı kampaniyada iki siyasi qüvvə erməni lobbisinin dəstəyinə bel bağlamağa çalışacaq. Ona görə də Brayzanın namizədliyinə baxılması ya daha sonrakı müddətə təxirə salına bilər, ya da onu erməni seçicilərin xoşu gəlsin deyə, ümumiyyətlə, təyin etməyə bilərlər.

- Sizcə, Birləşmiş Ştatların Bakıda səfirinin təyin edilməsinin ləngiməsi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində necə əks oluna bilər?

- Bu gün ABŞ-ın Avrasiyanın əsas ölkələrindən birində səfiri yoxdur ki, bu da mənim fikrimcə, Prezident Obamaya öz xarici siyasətini yürütməyə mane olur.

Erməni diasporunun hazırkı davranışı Amerika administrasiyasının Cənubi Qafqazdakı siyasətinə ciddi ziyan vura bilər. Erməni diaspor qruplarının ABŞ Konqresindəki fəaliyyəti Birləşmiş Ştatların daxili və xarici siyasəti arasında münaqişəyə təhrik edir.

Fakt kimi səfir vəzifəsinin bir ildən artıq müddətdə boş qalması ABŞ-Azərbaycan münasibətlərinin soyuqlaşmasına gətirib çıxara bilər. Və burada erməni diasporu öz məqsədinə çatır, çünki Vaşinqtonla Bakı arasında münasibətlərin gərginləşməsi Amerikanın erməni icmasının müqəddəs arzusudur.

Belə təəssürat yaranır ki, müdafiə naziri Robert Geytsin və dövlət katibi Hillari Klintonun səfərlərindən göründüyü kimi, Ağ Ev obyektiv olaraq Prezident İlham Əliyev administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa cəhd etdiyi halda, Konqres əks istiqamətdə hərəkət edir.

Xəbər lenti

Xəbər lenti