...

Avropa Yaşıllar Partiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərində müşahidəçi qismində iştirak edəcək - partiya sədri

Siyasət Materials 9 Avqust 2010 13:33 (UTC +04:00)
Avropa Yaşıllar Partiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərində müşahidəçi qismində iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev bildirib.
Avropa Yaşıllar Partiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərində müşahidəçi qismində iştirak edəcək - partiya sədri

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir T.Hacıyev/

Avropa Yaşıllar Partiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərində müşahidəçi qismində iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev bildirib.

"Partiyamız Avropa Yaşıllarının Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etməsi üçün müraciət ünvanlamağa hazırlaşır. Oktyabrın 8-dən 10-na kimi Avropa "yaşılları"nın Tallin şəhərində keçiriləcək konfransında parlamenti neçə nəfərlik nümayəndə heyəti ilə müşahidə edəcəkləri haqqında qərar qəbul edəcək", - Güləliyev əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Güləliyev Azərbaycan Yaşıllar Partiyasının Avropa Yaşıllar Partiyasına tamhüquqlu üzvlük məsələsinə də toxunub.

"Oktyabrın 8-10-da keçiriləcək konfransda partiyamız müşahidəçi qismində iştirak edəcək. Həmin vaxt tam üzv olmaq barədə müraciəti də təqdim edəcəyik. Prosedur qaydalarına əsasən, 2011-ci ildə Azərbaycan Yaşıllar Partiyasının Avropa Yaşıllar Partiyasına tamhüquqlu üzv seçiləcəyi gözlənilir", - Güləliyev bildirib.

Partiya sədri "yaşıllar"ın Parlament seçkilərində iştirakına da aydınlıq gətirib.

"Partiyanın idarə heyətinin iclasında heç bir bloka qoşulmamaq barədə qərar qəbul olunmuşdu. Lakin indi blok məsələsi yenidən gündəmə gəlib. Əgər sentyabr ayına qədər müxalifətin bloku yaranarsa, biz də həmin bloklardan birinə qoşulacağıq", - Güləliyev bildirib.

Azərbaycan Yaşıllar Partiyası 2006-cı ilin dekabrında yaradılıb və hələ Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. Partiyanın Avropanın Yaşıllar Partiyasında müşahidəçi statusu var.

Xəbər lenti

Xəbər lenti