...

Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak edib

Siyasət Materials 9 Avqust 2010 23:21 (UTC +04:00)
Prezident İlham Əliyev avqustun 9-da “Akkord” qranit-mərmər zavodunun açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev avqustun 9-da "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak edib.  Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizdə qranit və mərmər məhsullarının istifadəsinə artan tələbat bu istehsal sahəsinin genişləndirilməsi zərurətini yaratmışdır. Bu məqsədlə "Akkord" Şirkətlər Qrupu tərəfindən genişmiqyaslı tikinti-yenidənqurma işləri həyata keçirilmiş, daha müasir avadanlıqla təchiz olunan və geniş istehsal imkanlarına malik zavod inşa edilmişdir. Zavodun tikilməsi və yenidən qurulmasına 19 milyon manat vəsait sərf olunub ki, bunun da 3,5 milyon manatını İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və Şirkətlər Qrupunun sərmayəsi təşkil etmişdir.
Dövlətimizin başçısı zavodun sərgi salonu ilə tanış oldu. Salonun girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif istehsal müəssisələrinin açılış mərasimlərində iştirakından bəhs edən fotostend də yaradılmışdır.
Prezident burada qranit və mərmərdən hazırlanmış məhsullara baxdı. Qeyd olundu ki, qranit-mərmər zavodunun Azərbaycanda 2 Ağlay yatağı, Türkiyədə Bej mərmər ocağı, Ukraynada isə qranit yataqları vardır. Zavodda məhsul istehsalında, həmçinin dünyanın bir sıra ölkələrindən gətirilən müxtəlif növ mərmər və qranit bloklardan, oniks və travertendən istifadə edilir. Prezident İlham Əliyev qranit emalı sexinə gəldi. Dövlətimizin başçısı istehsal prosesinin başlanmasını bildirən düyməni basaraq sexi işə saldı.

Qeyd olundu ki, texniki göstəricilərinə görə yüksək keyfiyyətli məhsullar istehsal edilməsi məqsədi ilə zavodda avtomatik idarə edilən dəzgahlar quraşdırılmış, həmçinin zavodun bütün sexlərində ətraf mühitin qorunması məqsədi ilə sutəmizləyici sistem yaradılmışdır. Zavodda böyük və kiçik ölçülü plitələr, pillə və sinəlik, sürahi, qırma kub daş, səki daşları, çanaqaltı daşlar istehsal ediləcəkdir. Daşlar xam, cilalanmış, zehlənmiş və yandırılmış səthlərə malik olacaqdır.
Qranit-mərmər zavodunun ərazisində yeni istehsal sahələri və müasir standartlara uyğun idarəetmə və xidmət binaları inşa olunmuşdur. Burada işçilərin istirahət etməsi və işləməsi üçün hər cür şərait yaradılmış, eyni zamanda yüksək standartlara cavab verən ikimərtəbəli yeməkxana binası tikilmişdir. Zavodda və daş karxanalarında ümumilikdə 200-dən artıq işçinin çalışması nəzərdə tutulur.

Zavodla yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti