...

Azərbaycan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı yardım edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Avqust 2010 15:57 (UTC +04:00)
Azərbaycan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı yardım edəcək.
Azərbaycan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı yardım edəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir S.Ağayeva/

RED. əlavəsi: bek-qraund əlavə edilib

Azərbaycan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı yardım edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar, təbii fəlakətdən zərər çəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə, Azərbaycan Respublikası Pakistan İslam Respublikasına 1 milyon ABŞ dolları məbləğində maddi yardım göstərəcək.

Pakistanda baş vermiş son 80 ilin ən güclü daşqınları artıq 12 milyon insanı əhatə edib. Bu barədə Pakistan FHN-in (National Disaster Management Authority) rəhbəri Nadim Əhməd cümə günü jurnalistlərə bildirib. Bu barədə "RİA-Novosti" xəbər verir.
Pakistanda güclü daşqınlara səbəb musson yağışları olub. Təbii fəlakət nəticəsində minlərlə ev dağılıb, daşqınlardan daha çox ziyan çəkmiş regionlarda su axınları bütöv kəndləri yuyub-aparıb.

Təmiz içməli suyun, yeməyin və dərmanların olmaması üzündən həkimlər su basmış ərazilərdəki sakinlər və müvəqqəti düşərgələrdə sığınacaq tapmış qaçqınlar arasında epidemiyanın yayılacağından ehtiyatlanırlar. Yaşayış vasitələrindən məhrum olan bir neçə milyon insanın ərzaq yardımına ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti