...

Azərbaycan Milli İstiqlal Partiyası müxalifət blokuna qoşula bilər - partiya sədri

Siyasət Materials 10 Avqust 2010 17:06 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası qarşıdan gələn Parlament seçkilərində blok ilə iştirak edə bilər.
Azərbaycan Milli İstiqlal Partiyası müxalifət blokuna qoşula bilər - partiya sədri

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyası qarşıdan gələn Parlament seçkilərində blok ilə iştirak edə bilər. Bu barədə çərşənbə axşamı Trend-ə AMİP sədri Yusif Bağırzadə məlumat verib.

"Seçkilərdə birgə iştirakla bağlı digər partiyalarla danışıqlar aparırıq. Ola bilsin, AMİP Parlament seçkilərində blok daxilində iştirak etsin. Ancaq bu hələ ki dəqiq deyil. Bu cür qərarın verilməsi partiyanın siyasi şurasının səlahiyyətləri daxilindədir. Təxminən, üç gün ərzində bu barədə dəqiq qərar qəbul olunacaq", - Bağırzadə əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Bağırzadə AMİP-in seçkilərə hazırlığı haqqında da danışıb: "Namizədlərin siyahısının hazırlanması istiqamətində işlər gedir. 60 nəfərdən artıq üzvün namizədliyini irəli sürmək fikrimiz var. Partiyanın seçki platforması da artıq hazırdır", - partiya sədri deyib.

Xəbər lenti

Xəbər lenti