...

Heydər Əliyev Beynəlxalq Hava Limanının yük terminalının kassasından 90 min manat oğurlayan şəxslər tutulublar

Siyasət Materials 12 Avqust 2010 13:25 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə axşamı Trend-ə bildirib ki, iyulun 31-də yük terminalının kassasından 90 min manat məbləğində pul oğurlanması barədə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olub.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yük terminalının kassasından 90 min manat oğurlayan şəxslər tutulublar

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Heydər Əliyev Beynəlxalq Hava Limanının yük terminalının kassasından 90 min manat oğurlayan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə axşamı Trend-ə bildirib ki, iyulun 31-də yük terminalının kassasından 90 min manat məbləğində pul oğurlanması barədə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kassanın xəzinədarı Sevda Rəhimova və onun həyat yoldaşı İlham Rəhimov Qəbələ rayonu ərazisində saxlanılıblar.

Onların üzərindən 66 min 35 ABŞ dolları və 5220 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti