...

Azərbaycanda müxalifət ittifaqı "Müsavat" partiyası ilə əməkdaşlığına yenidən baxa bilər

Siyasət Materials 14 Avqust 2010 14:03 (UTC +04:00)
"Müsavat" partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə hər hansı bir saziş imzalayarsa, Demokratiya Uğrunda İttifaq "Müsavat"la münasibətlərinə yenidən baxacaq
Azərbaycanda müxalifət ittifaqı "Müsavat" partiyası ilə əməkdaşlığına yenidən baxa bilər

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "Müsavat" və Xalq Cəbhəsi partiyaları hər hansı bir saziş imzalayarsa, Demokratiya Uğrunda İttifaq "Müsavat"la olan münasibətlərinə yenidən baxacaq. Bu barədə şənbə günü Trend-ə DUİ üzvu - Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyub bildirib.

"Müsavat"la DUİ arasında niyyət protokolu imzalanıb. DUİ bu protokola sadiqdir və öz fəaliyyətini bu razılıq əsasında qurur. "Müsavat" AXCP ilə belə bir saziş imzalayacağı təqdirdə, münasibətlərə yenidən baxıla bilər", - Teyyub əlavə edib.

AXCP ilə Müsavat Partiyası Parlament seçkisi ərəfəsində seçki blokunun yaradılması barədə danışıqlar aparır.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

KXCP funksioneri "Müsavat"la bəzi seçki dairələrində razılıq olduğunu da deyib.

"20-yə yaxın dairədə namizədlərin birgə dəstəklənməsi ilə bağlı razılıq əldə edilib. Digər dairələrdə namizədlərin razılaşdırılmasına dair danışıqlar gedir. Mən inanmıram ki, "Müsavat"ın belə bir məqamda AXCP ilə saziş imzalayacağı mümkün olsun", - Teyyub bildirib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il Parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, "Azadlıq" və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində "Böyük Azərbаycаn", nоyаbr аyındа isə "Хаlq" pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti