Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana ikigünlük rəsmi səfəri avqustun 17-də başa çatıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Zaqatala beynəlxalq hava limanında ali qonağı respublikamızın şimal-qərb bölgəsinə səfərdə müşayiət edən Baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.