...

Gümrüdəki Rusiya hərbi bazasının Ermənistanda saxlanmasına dair müqavilənin uzadılması regionda təhlükə yaratmaq iqtidarında deyil - Türkiyənin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 20 Avqust 2010 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir R.Hafizoğlu/

Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistanda saxlanması ilə bağlı müqavilənin uzadılması regionda təhlükə yaratmaq iqtidarında deyil, - bunu cümə günü Trend-ə telefonla Türkiyənin NATO Parlament Assembleyasındakı nümayəndə heyətinin başçısı Vahid Erdem deyib.

"İmzalanan müqavilə nə Azərbaycan, nə də Türkiyə üçün ciddi təhlükə deyil", - Edem bildirib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasındakı danışıqların yekununda baş tutub. Rusiya dövlət başçısı Ermənistanda dövlət səfərindədir. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend-ə verdiyi açıqlamasında, Bakının Rusiya tərəfinin Ermənistanda yerləşdirdiyi Rusiya hərbi bazasındakı resursların və silahların Azərbaycana qarşı işlənməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti